qaluzin 1 900x600 2

Rusiya Ermənistan ərazisində, Gümrüdə yerləşən 102-ci hərbi bazanın ölkədən çıxarılması ilə bağlı İrəvandan hər hansı rəsmi müraciət almayıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Moskva Gümrüdəki Rusiya hərbi bazasını Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik sisteminin mühüm elementlərindən biri hesab edir.

Qaluzin qeyd edib ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu hazırda ölkənin ictimai-siyasi gündəmində fəal şəkildə müzakirə olunur. Bununla belə, Moskva bu hərbi iştirakın real alternativinin mövcud olduğunu düşünmür.

Rusiya XİN rəsmisi Fransanın mümkün alternativ kimi göstərilməsinə də münasibət bildirib.

O vurğulayıb ki, Fransanın Ermənistanı coğrafi baxımdan uzaqda yerləşməsi belə bu ölkənin həmin rolda çıxış etməsini təsəvvür etməyi çətinləşdirir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: