Almaniya kansleri Fridrix Merz Rusiya ilə qarşıdurma fonunda qarşıdakı həftə və ayların Avropanın təhlükəsizliyi baxımından həlledici ola biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Merz bu fikirləri Finlandiyada keçirilən mətbuat konfransında səsləndirib.
Kansler qeyd edib ki, Avropanın azadlığının və sülhünün qorunması baxımından qitə qarşısında son dərəcə mühüm dövr dayanır.
“Qitəmizdə azadlığın və sülhün müdafiəsi üçün ən həlledici anla, bəlkə də həftələrlə və ya aylarla qarşılaşırıq”, – deyə Merz bildirib.
Almaniya hökumətinin başçısı Ukraynaya dəstəyi davam etdirəcəyini də vurğulayıb. O, Kiyevin dəstəklənməsinin vacibliyinə dair Avropa ictimaiyyətini inandırmaq üçün əlindən gələni edəcəyini söyləyib.
Tahir Turan
Globalinfo.az