İran Prezidenti Məsud Pezeşkian əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə büdcə vəsaitinin nəzərdə tutulduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Pezeşkian qeyd edib ki, ayrılan vəsait yaxın zamanda əhaliyə ərzaq kuponları formasında təqdim olunacaq.
“Əhalinin dolanışığını yaxşılaşdırmaq üçün büdcə nəzərdə tutulub. Bu, tezliklə ərzaq kuponu şəklində təmin ediləcək”, – deyə İran prezidenti bildirib.
Tahir Turan
Globalinfo.az