iran 1111 900x565 1

Gürcüstan İrana məxsus aviaşirkətlərin ölkəyə həyata keçirdiyi uçuşları dayandırıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb Tbilisinin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulmasıdır.

Gürcüstan Mülki Aviasiya Agentliyi ABŞ-ın sanksiya rejiminə əməl edəcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında yer alan 27 İran aviaşirkətindən beşi Gürcüstana uçuşlar həyata keçirirdi.

Vaşinqton məhdudiyyətləri İranın aviasiya sektorundan və təyyarələrdən silah və qanunsuz yüklərin daşınması üçün istifadə etdiyini əsas gətirərək tətbiq edib.

2026-cı ilin ilk yarısında Gürcüstana səfər edən iranlı turistlərin sayı 49 faiz azalaraq 29,4 min nəfər təşkil edib. Onlardan əldə olunan gəlirlər isə 65 faiz azalaraq 19,9 milyon dollara düşüb.

İran Gürcüstanın turizm gəlirlərinin təxminən 2,6 faizini təşkil edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: