in

İndoneziyanın Yava dənizində “Virgo Transport 8” gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kompas portalı ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə (Basarnas) istinadən məlumat yayıb.

Yenilənmiş məlumata görə, gəmidə olan 243 nəfərdən 103-ü təxliyə edilib.

Daha 140 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Surabayadan Banjarmasinə gedən gəmi fırtına ilə qarşılaşdıqdan sonra onunla əlaqə kəsilib.

Axtarış-xilasetmə əməliyyatına hərbi-dəniz qüvvələri, su polisi və KN SAR Laksmana 241 xüsusi xilasedici gəmisi cəlb olunub.

Paylaş: