“Türkiyədə prezident seçkiləri 2028-ci ildən sonra keçirilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu AK Parti Seçki İşləri üzrə sədri Ali İhsan Yavuz deyib.
O qeyd edib ki, seçkinin cəmi bir həftə erkən keçirilməsi halında Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olması mümkündür:
“AK Parti son sorğularda ən yaxın rəqibindən 7-8 faiz öndədir.
Bütün sorğularda 2023-cü il seçkilərindən daha yaxşı vəziyyətdəyik”.
Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkisinin 14 may 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.
Safura Bənnayeva
Globalinfo.az