ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kanada avtomobil sənayesini qoruyub saxlamaq istəyirsə, ABŞ-ın ştatına çevrilməlidir.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Tramp bu barədə WABC radiostansiyasına müsahibəsində danışıb.
“Kanada uzun illər bizi soyub. Onlarla iş aparmaq çox çətindir. Onlar ştat olmalıdırlar. Əgər ştat olsaydılar, heç bir problem olmazdı. Avtomobil şirkətlərinin orada qalmasına icazə verərdim”, – ABŞ lideri bildirib.
Tramp qeyd edib ki, tətbiq etdiyi gömrük rüsumları nəticəsində bir sıra avtomobil şirkətləri Kanadadan ABŞ-a keçir.
ABŞ Prezidenti daha əvvəl də Kanadanın ölkəsinin tərkibinə daxil olması ehtimalından dəfələrlə danışıb. Avqustun sonunda isə ABŞ-da fəaliyyət göstərən Kanada şirkətlərinə rüsumlardan yayınmaq üçün bizneslərini tamamilə ABŞ-a köçürməyi təklif edib.