emi apa

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib.

Globalinfo.az bildirir ki, bunu Emi Karlon diplomatik korpusun Qarabağa səfəri zamanı APA-ya açıqlamasında deyib.

    “Sentyabr ayında ABŞ şirkətləri Azərbaycan Müdafiə Sərgisində iştirak edəcək və digər nümayəndə heyətləri də Azərbaycana səfər edəcək. Buna görə də strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq”, – müvəqqəti işlər vəkili qeyd edib.

    O, Azərbaycana qarşı 907-ci düzəlişlə bağlı məsələyə toxunaraq bildirib ki, tətbiq olunan məhdudiyyətlərin qüvvədən düşməsi növbəti il üçün təmin olunub. Diplomat ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində bu istiqamətdə birgə işləməyə sadiq olduğunu vurğulayıb.

    Paylaş: