“Manhetten Böyük Jürisi Donald Trampa qarşı rəsmi ittiham irəli sürüb. Tramp aralarındakı əlaqələrini gizləməsi müqabilində porno ulduzu Stormy Danielsə pul ödəməkdə günahlandırılır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, ABŞ tarixində ilk dəfə olaraq sabiq prezidentə rəsmi cinayət ittihamı verilir:
“Əgər Tramp prezidentliyə namizəd ola bilməsə, Florida qubernatoru Ron DeSantisin şansı ciddi şəkildə artmış olacaq.
Hər nə qədər demokratlar Trampa nifrət etsələr də, məncə, bu, onlar üçün yaxşı xəbər deyil. Çünki respublikaçıların namizədi və ümumilikdə partiyanın lideri qismində məhz Trampın öndə olması demokratlara həm prezident, həm də Konqres seçkilərində öz tərəfdarlarını maksimum səfərbər etməyə imkan verir, müstəqil seçicilərin də onlara meyillənməsinə zəmin yaradır”.
Turan Rzayev
Globalinfo.az














