“Avropa Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin başa çatdırılmasını müzakirə etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Bild” qəzetinə müsahibəsində bildirib.
“Əgər Putin bu müharibənin dayandırılmasını səmimi şəkildə müzakirə etməyə hazırdırsa, təbii ki, biz də onunla bu barədə danışmağa hazırıq”, – deyə o bildirib.
Vadeful əlavə edib ki, Almaniya gərginliyin azaldılmasına yönəlmiş təklifləri, o cümlədən Qara dənizdə mümkün atəşkəs təşəbbüsünü dəstəkləyir.
Onun sözlərinə görə, bu təşəbbüs uğurlu olarsa, sonradan enerji infrastrukturuna zərbələrin endirilməsinin qadağan edilməsinə də şamil oluna bilər.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, danışıqlar prosesinin uzanması ilə Kiyev üçün sülh şərtləri daha da ağırlaşacaq.
Əliyar Xəlil
Globalinfo.az