İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Tehran əleyhinə tətbiq etdiyi yeni sanksiyalara sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Əraqçi “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-ın uzun illərdir İrana qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, 47 illik sanksiyalardan sonra Vaşinqton İsrailin tərəfində İrana qarşı müharibəyə başlayıb.
Nazir ABŞ-ın bu siyasətinin Vaşinqtonun özünə də ciddi nəticələr verdiyini iddia edib. O, müharibə və sanksiyaların ABŞ-ın beynəlxalq mövqeyinə mənfi təsir göstərdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı yeni genişmiqyaslı sanksiyalar elan edib. Məhdudiyyətlər İran aviaşirkətləri ilə yanaşı, bir sıra xarici şirkət və vasitəçiləri də əhatə edir.
Tahir Turan
Globalinfo.az