lavrov 9 900x600 1


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa siyasətçilərinə Rusiya Prezidenti Vladimir Putinin Avropaya mümkün müharibə ilə bağlı əvvəlki açıqlamalarını xatırladıb.

Globalinfo.az xəbər verir ki, Lavrov bu barədə Birinci Kanalın “Böyük Oyun” proqramına müsahibəsində danışıb.

Nazir bildirib ki, Avropa siyasətçiləri eyni zamanda həm Rusiyanın uğursuzluqlarından, həm də onun Avropaya hücum etmək qabiliyyətindən danışırlar. Lavrov bu cür fikirləri “xəyali söhbətlər” adlandıraraq onların mənasız olduğunu vurğulayıb.

Diplomat Vladimir Putinin Rusiyanın heç kimə hücum etmək niyyətində olmadığını bildirdiyi açıqlamasını da xatırladıb.

Lavrovun sözlərinə görə, Putin daha əvvəl qeyd edib ki, əgər Avropanın Rusiya ilə mümkün münaqişə barədə danışması onların Moskvaya qarşı hücuma hazırlaşdığını göstərirsə, belə bir müharibə “tamamilə fərqli və çox qısa olacaq”.

Tahir Turan

Globalinfo.az

Paylaş: