“Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan həkimlərin keçirdiyi müayinələr zamanı onda xərçəng xəstəliyinin aşkarlanmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, o Rusiya mediasına danışıb.
“Şükür Allaha, hər şey təmizdir”, – deyə Simonyan vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Simonyan müayinədən keçəcəyini açıqladığı video yayımlayıb. O, həmin müayinənin nəticələrindən sonra yaşayıb-yaşamayacağının bəlli olacağını söyləyib.
Əliyar Xəlil