“Kiyevin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşnerin səfərindən sonra sülh şərtlərinin guya sərtləşdirilməsi ilə bağlı açıqlamaları Ukrayna hakimiyyətinin spekulyasiyasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Onlar Uitkoff və Kuşnerin “Ukraynanın artıq imtina etdiyi şərtlərdən daha pis şərtlər gətirdiyini” iddia etməklə bağlı açıqlamalar yayır.
Ukraynada hansısa qadın, Ali Radanın deputatı artıq deyib ki, Uitkoff və Kuşnerin gətirdiyi şərtlər Kiyevin artıq imtina etdiyi şərtlərdən daha pisdir. Bunlar sadəcə fərziyyədən ibarətdir”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, bu barədə Ali Radanın deputatı Anna Skoroxod danışmışdı. Onun sözlərinə görə, əvvəlcə Kiyevdən itirilmiş ərazilərin Rusiya ərazisi kimi tanınması və Ukrayna Konstitusiyasına dəyişiklik edilməsi tələb olunmurdu, lakin indi belə bir tələb irəli sürülüb.
“Bundan başqa, açıqlamaq istəmədiyim bir sıra nüanslar da var. Çünki bu məlumatı qeyri-rəsmi mənbədən əldə etmişəm”, – Skoroxod əlavə etmişdi.
Əliyar Xəlil
Globalinfo.az