yerevan irevan ermenistan

“Artıq neçə dəfədir eşidirəm ki, ABŞ və ya Avropada yaşayan, amma İrəvanda ev alıb kirayəyə verən bəzi soydaşlarımız anlaşılmaz bir həvəslə belə xəbərlər yayırlar: guya oktyabr ayında Rusiyada genişmiqyaslı səfərbərlik elan olunacaq və bu səfərbərlikdən qaçan yüz minlərlə rus İrəvana gəlib kirayə ev axtaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai xadim Narek Malyan deyib.

O qeyd edib ki, Rusiyada oktyabr ayında səfərbərlik olacağı barədə xəbərləri liberal-faşistlər öz media qurumları vasitəsilə – məsələn, “Dozhd” (“Дождь”) – uydurub yayırlar:

“Məqsədləri ruslar arasında panika yaradaraq sentyabrın 20-də keçiriləcək seçkilərdə hakimiyyətin səslərini azaltmaqdır. Eynilə Nikol Paşinyan da onu seçməyəcəkləri təqdirdə sentyabr ayında müharibə başlayacağı ilə hədələyirdi.

Hər halda, İrəvanda evlərini kirayəyə verən, Qərb mediasını etibarlı mənbə hesab edən bizim diasporadan olan bəzi soydaşlarımız bu axmaq təbliğatın yaratdığı kütləvi psixozun təsiri altında oturub oktyabr ayında rusların gələcəyini gözləyirlər. Eyni zamanda, əldə edəcəkləri astronomik gəlirləri hesablayırlar.

Reallıq isə budur ki, sentyabrın 20-də liberallar Dövlət Dumasına keçməyəcəklər. SSRİ-nin dağılmasından sonra ilk dəfə Rusiya parlamenti liberal qüvvələr olmadan fəaliyyət göstərəcək. Oktyabr ayında rusiyalı dezertirlərin miqrasiyası olmayacaq. Bunun əvəzində bizim tamahkar soydaşlarımız bu gün boşaltdıqları evləri kirayəyə vermək problemi ilə üzləşəcəklər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: