Cəlilabad rayonunda iri gövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.
Güclü külək nəticəsində iri gövdəli ağac yolda hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, magistralın digər istiqamətində də iri gövdəli ağacların aşması nəticəsində analoji hadisə baş verib.
Aşan ağaclar yolun hərəkət hissəsini bağladığına görə magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
