simonyan 9 900x506 2

Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyanın yenidən evlənməsi müzakirə obyekti olub.

Globalinfo.az xəbər verir ki, Ermənistanın DOK partiyasının rəhbəri Vardan Qukasyan da məsələyə münasibət bildirib.

O, Simonyanın tez-tez evlənməsini tənqid edərək deyib:

“Bu oğlan nə qədər tez-tez evlənir? Cavan oğlandır, həftədə bir evlənir, boşanır, evlənir, boşanır və hər dəfə də deyir ki, “əsl sevgidir”. Ay oğlan, sən nə edirsən? Həftədə bir evlənərlər? Bir yastıqda qocalasınız, amma daxili səsim deyir ki, bu cütlük əbədi deyil”.

Qeyd edək ki, Alen Simonyan model Anelya Qubryanla ailə həyatı qurub.

Xatırladaq ki, Simonyan avqustun 13-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin olunub. O, bu postda Armen Qriqoryanı əvəz edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: