IMG 2328

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib.

Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun ölümü ilə bağlı aparılan ilkin istintaq araşdırmaları zamanı evindən narkotik maddə tapılıb.

Mənzildə həmçinin spirtli içki şüşələri və siqaret bükmək üçün istifadə edilən kağızlar da olub.

İlkin məlumata görə, Serhatın bədənində heç bir kəsik, yara və ya zərbə izi aşkarlanmayıb. Hazırda onun ölümü “şübhəli ölüm” kimi qeydə alınıb.

Limfa xərçəngindən əziyyət çəkən Serhatın uzun müddətdir depressiyada olduğu bildirilib.

Qeyd edək ki, Serhat “Ezel”, “Çember, “Maraşlı”, “Seksenler”, “Kuruluş Osman”, “Kirli sepeti” kimi bir çox məşhur serialda rol alıb. O, sonuncu dəfə “Mehmed: Fetihler Sultanı” serialında çəkilib.

Bir müddət əvvəl Serhata boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulub. Bu səbəbdən o, “Teşkilat” serialından çəkilməkdən imtina edib.

Onun cəsədi günlər sonra evində sevgilisi Özlem Esmergül tərəfindən tapılıb.

IMG 2330 IMG 2329

Paylaş: