xacaturyan 1

Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalı, problemləri mümkün qədər vasitəçilərsiz həll etməli və birgə regional layihələr həyata keçirməlidir”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Çexiyaya rəsmi səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

O hesab edir ki, bu yolla regionda uzunmüddətli sülhü təmin etmək mümkündür:

“Regionumuzda gələcəkdə nələrin baş verə biləcəyinə nəzər salanda, əgər əlavə problemlər yaranmasa və biz öz məsələlərimizi qonşularımızla vasitəçilik olmadan özümüz həll etməyə çalışsaq, əminəm ki, nə olur-olsun, uğur əldə edəcəyik”.

Xaçaturyanın sözlərinə görə, hazırda regionda yeni reallıq formalaşıb, sülh və əməkdaşlıq üçün zəruri imkanlar, istək və hazırlıq mövcuddur:

“İndi tamamilə fərqli vəziyyətdir, imkanlar, istək və hazırlıq var. Biz özümüz qonşularımızla qarşılıqlı etimad formalaşdırmağı və birgə layihələr həyata keçirməyi bacarmalıyıq. Mən həm TRIPP-i, həm də gələcəkdə enerji və digər birgə layihələri nəzərdə tuturam. Bunlar yalnız ayrı-ayrılıqda ölkələrimiz üçün deyil, bütün region üçün faydalı olacaq”.

Vaaqn Xaçaturyan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması vacibdir: “Bu yanaşma təkcə Türkiyəyə yox, Azərbaycanla münasibətlərə də aiddir”.

Prezident Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün hər şeyi etməyə çalışdığını vurğulayıb: “Gəlin bu gün sahib olduğumuz şeylərə dəyər verək. Əlbəttə, qonşu ölkələrlə tam iqtisadi-siyasi münasibətlər qurmaq üçün hər şeyi edəcəyik”.

Xatırladaq ki, Ermənistan Prezidenti sentyabrın 2-4-də Praqada rəsmi səfərdə olub.

Paylaş: