xamenei 1

İranda Müvəqqəti Liderlik Şurası yaradılacaq.

Globalinfo.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib. 

Onun sözlərinə görə, Liderlik Şurasının yaradılması üçün hazırlıq işləri başa çatıb.

Laricani qeyd edib ki, Ekspertlər Şurası İranın yeni Ali Liderinin seçilməsi üzərində işə başlamaq üçün 1 mart bazar günü toplanacaq:

İran Konstitusiyasının 111-ci maddəsinə əsasən, Ali Liderin vəfatı halında Ekspertlər Şurası mümkün qədər tez yeni Ali Lideri seçməlidir”.

Xatırladaq ki, İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: