Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Telefon danışığı zamanı Paşinyan Türkmənistan Prezidentini COP17 çərçivəsində Ermənistanda keçiriləcək Liderlər Zirvəsinə dəvət edib. Berdiməhəmmədov isə Ermənistan Baş nazirinin dəvətini qəbul etdiyini bildirib.
Safura Bənnayeva
Globalinfo.az