Ermənistandakı Avropa İttifaqının Monitorinq Missiyasının (EUMA) rəhbəri Satu Koivu Ermənistan Silahlı Qüvvələrinin Qadınlar Batalyonunun üzvləri və Hərbi Akademiyanın kursantları ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media yazıb.
Bildirilib ki, görüş zamanı “qadınların təhlükəsizlik sahəsində rolu” və bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Sosial şəbəkənin erməni seqmentində bu görüşlə bağlı müxtəlif fikirlər yazılıb. Bəzi fikirlərdə Ermənistanın müharibələrdə uduzduğu, sülh dövrünün başladığı və artıq hərbçi hazırlamağın heç bir mənası qalmadığı vurğulanır. Bununla belə, İrəvan qadın batalyonlarının fəaliyyətini davam etdirir.
Tahir Turan
Globalinfo.az