qeza 112

Füzulidə baş vermiş qəza zamanı həyatını itirən sürücü ANAMA əməkdaşıdır.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, avtomobilin ağaca çırpılması zamanı həlak olan Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqat qrupunun rəhbəri vəzifəsində çalışıb.

X X X

Füzulidə baş verən qəza zamanı sürücü ölüb.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Molla Məhərrəmli kəndi ərazidə baş verib.

Füzuli rayon Babı kənd sakini 1999-cu il təvəllüdlü Quliyev Sahil Xəlil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb.

Nəticədə sürücü S.Quliyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

anama emekdasi

Paylaş: