Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalan Dilqəm Əsgərovla bağlı xoşagəlməz məlumat yayılıb. Teleqraf.az-ın məlumatına görə, ailə daxilində baş verən insidentlə əlaqədar D.Əsgərovdan oğlu hüquq-mühafizə orqanlarına şikayət edib və onun barəsində cinayət işi başlanıb. İddiaya görə, oğlu atasının ona xəsarət yetirdiyini bildirib. İş üzrə məhkəmə iclası sentyabrın 2-nə təyin olunub.
Məsələ ilə bağlı Globalinfo.az Dilqəm Əsgərovla əlaqə saxlayıb.
O, xəbəri təkzib edib:
“Bunlar hamısı cəfəngiyyatdır. Oğlumla aram yaxşıdır. Bir-birimizi də məhkəməyə verməmişik. Niyə belə bir addım atsın axı? Sentyabrın 2-də hər şey məlum olacaq. Xəbəri saytlara ötürən adamın da kim olduğunu bilirəm”.
Zaira Akifqızı
Globalinfo.az