finlandiya 1

Finlandiya və İsrail müdafiə materialları sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu gizli şəkildə imzalayıb.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə Finlandiyanın Yle teleradio şirkəti xəbər verir.

Sənəd iki ölkənin hərbi məhsulların tədqiqi, işlənib hazırlanması və satın alınması sahəsində əməkdaşlığını nəzərdə tutur.

Yle-nin məlumatına görə, protokol hələ 2013-cü ildə hazırlanıb, 2024-cü ilin əvvəlində isə Finlandiya İsrailə onun müddətinin uzadılmasını təklif edib. Yeni sənəddə müddət 5 ildən 10 ilə artırılıb.

Razılaşma iki ölkənin müdafiə nazirlikləri arasında yazılı formada təsdiqlənib. Finlandiyanın cavabında İsrail ölkələr arasındakı münasibətləri ortaq dəyərlərə və ortaq maraqlara əsaslanan unikal tərəfdaşlıq adlandırıb.

Paylaş: