Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı yeni qərarla Artak Kamalyan yenidən Baş nazirin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Ermənistan hökumətinin rəsmi “e-gov.am” saytında yayımlanan qərara əsasən, Kamalyan öz postunda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Artak Kamalyan 2024-cü ilin avqust ayından etibarən Ermənistan Respublikası Baş nazirinin baş məsləhətçisi vəzifəsini icra edir və hökumətin daxili-xarici siyasət strategiyalarının qurulmasında əsas fiqurlardan biri kimi tanınır.