interpol 900x506 1

Gürcüstanda İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

    Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.

    İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

    Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.

    Paylaş: