Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
Onun sözlərinə görə, hadisə yerində zərbənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.
Axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.
***13:26
Ötən gün Rusiya ordusunun Kiyev regionunda yerləşən Buça rayonuna hücumlarında 27 nəfər ölüb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, 40 nəfərdən çox xəsarət alan var.
Kiyev region administrasiyasının rəhbəri Timur Tkaçenko bildlrib ki, tələfat sayının artacağı istisna edilmir.
Təqribən 50-yə qədər yaşayış binasının müxtəlif tipli maddi ziyana mərzu qaldığı bildirilib.
Ətraf ərazilərdə yaşayan 400-ə yaxın insan təxliyə edilib.