AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel Beer Şeva” klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”, – deyə o əlavə edib.

Paylaş: