AVRO-2024: Azərbaycan millisi Estoniyaya qalib gəldi

Avro-2024-ün seçmə mərhələsində keçirilən Estoniya – Azərbaycan oyunu başa çatıb.

Qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları doqquzuncu dəqiqədə Toral Bayramov və 45+4-cü dəqiqədə penaltidən Ramil Şeydayev vurublar.

Bu, Azərbaycan millisinin qrup mərhələsində ilk qələbəsi olub. Xallarını dördə çatdıran komanda F qrupunda dördüncü pillədədir.

Bir xalı olan Estoniya sonuncu – beşincidir.

***21:08

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Estoniya – Azərbaycan oyununda ikinci hissə başlayıb.

Tallindəki “A. Le Koq Arena”da təşkil olunan matçın ilk hissəsindən sonra yığmamız iki topluq üstünlüyə malikdir.

Qolları Toral Bayramov və Ramil Şeydayev vurublar – 2:0.

***20:54

Futbol üzrə Azərbaycan və Estoniya milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ilk hissə başa çatıb.

Tallindəki “A. Le Koq Arena”da təşkil olunan qarşılaşmanın birinci yarısını millimiz 2:0 hesablı üstünlüklə başa vurub.

Rəqib qapısından topları Toral Bayramov və Ramil Şeydayev keçiriblər.

***20:51

Matçda ikinci qol vurulub.

Bu dəfə Ramil Şeydayev fərqlənib. Hücumçu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Millimiz səfərdə 2:0 hesabı ilə önə keçib.

***20:13

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

Komandamız 9-cu dəqiqədə fərqlənib.

Toral Bayramov dəqiq baş zərbəsi ilə ev sahiblərini mərkəzə dəvət edib.

Azərbaycan yığması hazırda 1:0 hesabı ilə öndədir.

***20:02

Estoniya və Azərbaycan milliləri arasında qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq. 

Globalinfo.az xəbər verir ki, yığmamız bu gün Estoniya ilə qarşılaşacaq.

Canni de Byazinin yetirmələri Tallində rəqibin qonağı olacaq. Hazırda hər iki komandanın aktivində 1 xal var. Bu matç qrupda sonuncu yeri tutmamaq baxımdan böyük önəm daşıyır.

Bakı vaxtı ilə saat 20:00-da start götürəcək görüşü almaniyalı Robert Şröder idarə edəcək.

AVRO-2024-ün seçmə mərhələsi
VII tur
13 oktyabr

20:00. Estoniya – Azərbaycan
Baş hakim: Robert Şröder
Tallin. “Le Koq Arena” .

Komandaların start heyətləri açıqlanıb:

Estoniya: Karl Yakob Hein, Marten Kuusk, Artur Pikk, Mattias Kayt, Rasmus Peetson, Georgi Tunyov, Maksim Paskotşi, Konstantin Vassilyev (k), Martin Miller, Markus Poom,  Henri Anier

Ehtiyat oyunçular: Matvey İqonen, Karl Andre Vallner, Erik Sorqa, Sergey Zenyov, Henrik Oyamaa, Martin Vetkal, Marko Lukka, Mixael Lilander, Ken Kallaste, Boqdan Vaştşuk,  Vlasi Sinyavski

Azərbaycan: Şahruddin Məhəmmədəliyev,  Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Höccət Haqverdi, Rahil Məmmədov, Toral Bayramov, Aleksey İsayev, Coşqun Diniyev,  Emin Mahmudov (k), Mahir Emreli, Ramil Şeydayev

Ehtiyat oyunçular: Səlahət Ağayev, Rəşad Əzizov, Yusif Nəbiyev, Renat Dadaşov, Emil Səfərov, Cəlal Hüseynov, Bəxtiyar Həsənalızadə,  Elvin Camalov, Ozan Can Kökçü, Filip Ozobiç, Qismət Alıyev,  Musa Qurbanlı