1787077589.1787060043807 df4q8agaqrj

Azərbaycanın Gürcüstanla sərhədində yerləşən “Qırmızı Körpü” gömrük-keçid məntəqəsi regionun əsas yük marşrutlarından biridir. Buradan hər gün yüzlərlə yük avtomobili keçir. Son günlər isə məntəqənin Gürcüstan tərəfində TIR-ların sıxlığı müşahidə olunur.

Globalinfo.az xezerxeber.az-a istinadən xəbər verir ki, Gürcüstanın yük avtomobilləri növbədə qalıb.

“Qırmızı Körpü” istiqamətində yaranan sıxlığın 10 kilometrdən artıq olduğu barədə də məlumat yayılıb. Sərhəddəki vəziyyət xüsusilə beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərin işinə təsir edir. Onların sözlərinə görə, sərhəddə gözləmək daşınan mallara görə risk və özləri üçün əlavə xərcə səbəb olur.

Gürcüstan ərazisində yaranan növbə sərhədin bu tərəfində də yük avtomobillərinin hərəkətinə təsirsiz ötüşmür. Nəticədə sürücülər sərhədi keçmək üçün uzun müddət gözləməli olurlar. Məsələ təkcə sürücülərin vaxt itkisi ilə məhdudlaşmır. Yük avtomobillərinin uzun müddət yolda qalması yanacaq sərfiyyatını artırır, sürücülərin istirahət imkanlarını məhdudlaşdırır və daşınan məhsulların təyinat yerinə çatdırılma müddətini uzadır. Əksər sürücülər isə Rusiya-Ukrayna müharibəsi səbəbindən təhlükəsizlik və yanacaq məsələlərinə görə Gürcüstanın yolunun yükləndiyini deyir.

“Qırmızı Körpü” yalnız Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqəsi baxımından deyil, həm də regionlararası beynəlxalq yükdaşımalar baxımından mühüm keçid məntəqələrindən biridir. Hazırda diqqətlər Gürcüstan tərəfində yaranan TIR sıxlığının nə vaxt aradan qalxacağına yönəlib. Sürücülər isə sərhəddə gözləmə müddətinin qısaldılmasını və yük avtomobillərinin hərəkətinin əvvəlki rejimə qaytarılmasını gözləyirlər.

Məsələ ilə bağlı Dövlər Gömrük Komitəsindən bildirlib ki, yük nəqliyyat vasitələrinin sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb. Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Paylaş: