ABŞ hərbi analitiki Andrey Martyanov Rusiyanın Qərbin sərt ritorikasına baxmayaraq, xarici ticarətdə praqmatik siyasət yürütməyə davam etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Martyanovun sözlərinə görə, üçüncü ölkələrin bayraqları altında üzmək beynəlxalq dəniz daşımalarında geniş yayılmış praktikadır.
Analitik Rusiyanın Avropaya dəniz daşımalarını tamamilə dayandırmaq imkanına malik olduğunu iddia edib. O, enerji sahəsində bunun müəyyən nümunələrinin artıq yaşandığını və qaz-neft tədarükündə dəyişikliklərin baş verdiyini qeyd edib.
Martyanovun sözlərinə görə, Avropa ölkələri yeni reallıqlara uyğunlaşmaq məcburiyyətindədirlər. O, Rusiyanın hazırda Avropanın onu qəbul edib-etməməsinə əvvəlki qədər əhəmiyyət vermədiyini vurğulayıb.
Analitik Rusiyanın mövqeyini belə ifadə edib:
“Pulunuz varsa və təklif edəcək bir şeyiniz varsa, gəlin. Yoxdursa, sağ olun. Cəhənnəmə gedin!”
Tahir Turan
Globalinfo.az