2021 10 21T000154Z 1477973918 RC20EQ9M0KNP RTRMADP 3 NATO RUSSIA pic 32ratio 900x600 900x600 31855 1

Finlandiyalı siyasətçi Armando Mema ölkəsinin NATO-dan çıxmasına çağırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Rusiya ilə dialoqu bərpa etmək üçün Finlandiya NATO-dan çıxmalıdır. Mənim fikrimcə, Finlandiya neytrallıq siyasətinə qayıtmayana qədər sərhədlər bağlı qalacaq və heç bir normallaşma baş verməyəcək”, – deyə “Azadlıq Alyansı” partiyasının üzvü bildirib.

Bundan əvvəl tarix elmləri doktoru İrina Novikova gələcəkdə finlərin NATO-ya münasibətinin dəyişə biləcəyini, buna Ukrayna münaqişəsinin gedişatının da təsir göstərə biləcəyini bildirib.

Tarixçinin sözlərinə görə, Finlandiya cəmiyyətində ölkəni NATO-ya cəlb edən siyasətçilərin milli maraqları deyil, şəxsi karyeralarını düşündükləri barədə fikirlər getdikcə daha çox yayılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: