“Donald Tramp Hörmüz boğazı ilə bağlı bitib-tükənməyən təhdidlərini davam etdirmək əvəzinə, öz təhlükəsizliyindən narahat olmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi deyib.
“Elə şərait yarana bilər ki, Tramp təhlükəsizlik səbəbilə ərzaq daşıyan yük maşınında gizlənməyə məcbur olsun”, – deyə o, ironiya edib.
Qeyd edək ki, Əzizinin açıqlaması ABŞ Prezidenti Donald Trampın son günlər Hörmüz boğazı ilə bağlı sərt bəyanatları fonunda səslənib. Tehran Vaşinqtonun boğazla bağlı təhdidlərini rədd edir və ABŞ-ın bölgədəki təzyiqlərinə qarşı sərt mövqe nümayiş etdirir.
Xatırladaq ki, ötən ay Ankarada NATO sammitindən sonra Donald Tramp təhlükəsizlik təhdidi səbəbilə mediadan gizli şəkildə başqa təyyarəyə keçirilib. Məlumata görə, Tramp prezident təyyarəsindən hava limanının katerinq maşını vasitəsilə çıxarılaraq daha kiçik hərbi təyyarəyə mindirilib və bu təyyarə ilə Türkiyədən gizli şəkildə aparılıb. ABŞ rəsmiləri əməliyyatın İrandan gələn mümkün sui-qəsd təhdidi ilə əlaqəli olduğunu bildiriblər.
Əliyar Xəlil
Globalinfo.az