ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşnerin gələn həftə İsrailə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, o, Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparacaq. Məlumata görə, planda HƏMAS-ın silahsızlaşdırılmasını və İsrail qoşunlarının bölgədən çıxarılmasını nəzərdə tutulur.
ABŞ rəsmilərindən biri bildirib ki, Vaşinqton və İsrail strateji məqsədlə bağlı razılaşır, lakin İsrail planla bağlı müəyyən narahatlıqlarını ifadə edib. Onun sözlərinə görə, səfərin əsas məqsədlərindən biri tərəflər arasında koordinasiyanı təmin etməkdir. Rəsmi səfər tarixinin dəyişə biləcəyini də qeyd edib.
Kuşnerin daha sonra Qahirədə Misir, Qətər və Türkiyəni təmsil edən vasitəçilərlə görüşməsi planlaşdırılır.