Pasinyan gulus 2

“Dəmir yolu məsələsində Rusiya ilə dostyana həll yolu istəyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Ermənistan tərəfi məsələnin kəskin yollarla həll edilməsini istəmir:

“Bir-birimizin maraqlarını dostyana şəkildə anlamalı, qəbul etməli və müəyyən kompromislərə getməliyik. Bu kompromislərdən biri Rusiya Dəmir Yolları tərəfindən konsessiya hüququnun tam və ya qismən Ermənistana satılması ola bilər. Beləliklə, Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası üçün yaranmış bu tarixi imkanın qarşısı alınmaz”.

Paşinyanın sözlərinə görə, müqavilənin ləğvi və ya konsessiyanın dayandırılması hər zaman mümkün variantdır, lakin Ermənistan belə bir həll yolu istəmir:

“Rusiyaya qarşı heç bir mənfi münasibətim yoxdur. Moskvanın maraqlarına hörmətlə və anlayışla yanaşıram”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: