Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, sözügedən piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.
Xatırladaq ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə K.Rəhimov küçəsində yerüstü piyada keçidinin söküldüyü barədə məlumat yayılıb.
X X X
Bakı şəhəri, Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidi sökülür.
Globalinfo.az xəbər verir ki, keçidin dağıdılması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, uzun müddətdir tikinti işləri dayandırılan “keçid” vətəndaşların istifadəsinə verilmədən sökülməyə başlayıb.
Zaira Akifqızı
Globalinfo.az