putin

Qərb ölkələri Rusiya ticarət gəmilərini ələ keçirsə, “güzgüvari cavab” verməyə məcbur olacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Prezident vurğulayıb ki, cavab tədbirləri heç də mütləq Rusiya gəmilərinə hücumların planlaşdırıldığı eyni sularda həyata keçirilməyə bilər.

“Bu, artıq özümüzün zəruri və məqsədəuyğun hesab etdiyimiz yerlərdə, istənilən ərazidə, o cümlədən Sakit okean donanmasının məsuliyyət zonasında baş verə bilər”, – Putin qeyd edib.

Onun sözlərinə görə, bununla bağlı Müdafiə Nazirliyinə artıq tapşırıq verilib və məlumat Sakit okean donanmasının komandanlığına da çatdırılıb.

Rusiya lideri bildirib ki, Moskva öz təhlükəsizliyini gücləndirir, lakin ümumilikdə qonşuları və dostları üçün məqbul olan qarşılıqlı güzəştlər axtarmağa hazırdır.

“Biz bunu qarşılıqlı maraqları nəzərə almaq əsasında etməyə hazırıq”, – Putin əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: