pasik

Ötən günlərdə Ermənistan ədliyyə naziri Srbui Qalyanın rəhbərliyi ilə müzakirə keçirilib.

Globalinfo.az xəbər verir ki, kadrlarda Baş nazir Nikol Paşinyanın qızı da görünüb.

Belə ki, iclas şəxsi məlumatların mühafizəsi üzrə müstəqil qurumun yaradılması ilə bağlı qanunvericilik paketinə həsr olunub.

“Yaxın günlərdə şəxsi məlumatların mühafizəsi üzrə müstəqil qurumun yaradılması ilə bağlı qanunvericilik paketini dövriyyəyə buraxacağıq”, – deyə Qalyan yazıb və video yayımlayıb.

Videodan görünür ki, müzakirədə Ermənistanın Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan Paşinyan da iştirak edib.

Onun Ədliyyə Nazirliyində işləyib-işləmədiyi isə məlum deyil.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: