infi

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinoya dəstəyini ifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.

“İnfantino möhtəşəmdir. O,  əvvəlki dünya çempionatlarından dörd dəfə daha uğurlu olan bir turnirin keçirilməsinə rəhbərlik edib. Əgər İnfantino getsə, dünya çempionatlarının keçirilməsi bir daha heç vaxt uğurlu olmayacaq və gəlir gətirməyəcək”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, təşkilat onun vəzifədən dəyişdirilməsi imkanını nəzərdən keçirsə, böyük səhvə yol vermiş olar.

2026-cı il dünya çempionatı başa çatdıqdan sonra İnfantino turniri tənqid edənlərə meditasiya etməyi və dua etməyi təklif edib.

Turnirin ən səs-küylü qalmaqallarından biri ABŞ millisinin hücumçusu Folarin Balogunun qırmızı vərəqə almasının Trampın xahişi ilə təxirə salınması olub. İnfantino isə intizam orqanlarının qərarının müstəqil şəkildə qəbul edildiyini bildirib.

Dünya çempionatından qısa müddət sonra İnfantino FIFA-nın bəzi hüquqlarının xarici investorlar arasında satılması planlarından danışıb. Bu təşəbbüs futbol ictimaiyyətində mənfi reaksiyaya səbəb olub və 2030-cu il dünya çempionatının boykot edilməsi ilə bağlı çağırışlara yol açıb. Bu barədə ilk olaraq UEFA çıxış edib. Sonradan FIFA sərt tənqidlər fonunda bu ideyadan imtina edib.

Bundan əvvəl isə Avropa, Asiya və Amerika futbol qurumları birgə şəkildə İnfantinoya qarşı çıxış ediblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: