“ABŞ Prezidenti Donald Trampın İranı mütəmadi olaraq təhdid etməsinə baxmayaraq genişmiqyaslı zərbələrdən imtina etməsi Tehranın cəsarətlənməsinə səbəb olub”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper deyib.
“Görünür, iranlılar bunu başa düşüblər. Onlar bu təhdidlərə reaksiya vermirlər və bu məsələdə strateji baxımdan çox mühüm mövqe tuturlar. Buna görə də ötən həftə onların yenidən Oman planını irəli sürdüyünü gördünüz. Onlar bu planı müəyyən vaxtda açıqlamağı düşünürlər”, – o bildirib.
Onun sözlərinə görə, İranın irəli sürdüyü tələblər ölkənin cəsarətləndiyini və dünyadakı mövqeyinə əmin olduğunu göstərir.
Esper həmçinin bildirib ki, Tehran Yaxın Şərqdəki müttəfiqlərindən istifadə etməklə öz gücünü nümayiş etdirir.
Qeyd edək ki, hazırda İran və Oman Hörmüz boğazından gəmiçiliyin bərpasına imkan verəcək razılaşma üzərində danışıqlar aparır. Təklif olunan razılaşmaya əsasən, boğazdan keçən gəmilər üçün müvəqqəti marşrut sistemi yaradılması nəzərdə tutulur.
Məlumata görə, razılaşma 60 günlük müvəqqəti sazişi nəzərdə tutur. Buna əsasən, boğaza və Fars körfəzinə daxil olan gəmilər İranın ərazi sularından keçən şimal marşrutu ilə, boğazdan çıxaraq Ərəbistan dənizinə gedən gəmilər isə Oman sularından keçən cənub marşrutu ilə hərəkət edəcək.
Əliyar Xəlil
Globalinfo.az