rus ukrayna ordu 11 900x600 2

Ukraynanın nəzarətindəki Zaporojye şəhərində hərbi patrulların sakinlərə şəhəri yaxın iki gün ərzində tərk etmələri barədə xəbərdarlıq etdiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya güc strukturlarındakı mənbə açıqlama yayıb.

Onun sözlərinə əsasən, şəhərdə patrul xidməti aparan hərbçilər sakinlərə təhlükəsizlik baxımından növbəti 48 saat ərzində Zaporojyeni tərk etməyi tövsiyə ediblər.

Mənbə bu cür çağırışların Ukraynanın cəbhəyə yaxın digər yaşayış məntəqələrində də zaman-zaman edildiyini iddia edib.

İddialara görə, tədbirin mümkün səbəblərindən biri hərbi xidmətdən yayınan şəxslərin müəyyənləşdirilməsi, digər məqsəd isə yaşayış binalarında Ukrayna ordusunun şəxsi heyətinin yerləşdirilməsi üçün əlavə imkan yaradılmasıdır.

Qeyd edək ki, məlumat Rusiya tərəfinin mənbəsinə əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.

Globalinfo.az

Paylaş: