
REKLAM BANNERİ
Serbiya Prezidenti Aleksandr Vuçiç Avropada Ukrayna müharibəsi fonunda uzunmüddətli və daha genişmiqyaslı qarşıdurmanın baş verə biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Vuçiç hesab edir ki, Ukraynada sülhün əldə olunmaması vəziyyəti daha da ağırlaşdırır.
Əlaqəli xəbər
Minlərlə insan ölür, milyonlar əziyyət çəkir, iş yerləri bağlanır: ÜST-dən təcili ÇAĞIRIŞ
Serbiya liderinin sözlərinə görə, hazırkı şəraitdə tərəflər arasında kompromis çətin görünür və münaqişənin yaxın zamanda başa çatacağına inanmaq üçün əsas yoxdur.
Vuçiç Ukraynadakı döyüşlərin bu il, hətta gələn yazadək belə sona çatmaya biləcəyini deyib.
Onun fikrincə, mövcud vəziyyət Avropanı daha böyük müharibə təhlükəsi ilə üz-üzə qoyur.
Tahir Turan
Globalinfo.az