t

Ukrayna Türkiyədən çoxlu sayda Amerika silahı, o cümlədən uzaqmənzilli ATACMS raketləri alacaq.

Globalinfo.az xəbər verir ki,  bu barədə “Neue Zürcher Zeitung” (NZZ) qəzeti ABŞ Dövlət Departamentinin məlumatına istinadən yazıb.

Nəşrin məlumatına görə, Kiyev Türkiyədən 70 ədəd ATACMS raketi, 12 ədəd M270 buraxılış qurğusu, həmçinin kasetli sursatlar alacaq.

Ümumilikdə sövdələşmənin dəyəri 283 milyon dollar qiymətləndirilir.

Razılaşma ABŞ Senatı və Nümayəndələr Palatasından 15 gün ərzində heç bir etiraz gəlmədiyi halda təsdiqlənəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: