uno

Almaniyada naməlum uçan obyektlərlə (UFO) bağlı müraciətlərdə rekord artım müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Mərkəzi Qeyri-adi Səma Hadisələrinin Tədqiqat Şəbəkəsinin (CENAP) direktoru Hansyürgen Köler bildirib ki, təşkilata hər gün 3-6 belə məlumat daxil olur:

“2026-cı ilin avqustuna qədər CENAP Almaniyada UFO-larla bağlı təxminən 14 min hadisəni araşdırıb. İnsanlar ən çox təyyarələri, peykləri, meteorları, hava şarlarını və lazer şoularının işıqlarını yadplanetlilərin gəmiləri ilə səhv salırlar”.

“Euronews” yazır ki, UFO-lara marağın yenidən artmasının səbəblərindən biri ABŞ Pentaqonunun məxfi sənədləri açıqlaması ola bilər.

Bununla belə, CENAP rəhbəri bildirib ki, açıqlanan materialların böyük hissəsi onlar üçün yeni deyil.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: