Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Globalinfo.az Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Sülh Sammitinin təşkilinə görə Prezident Donald Trampa təşəkkür edib. O, həmçinin Ermənistan və Azərbaycan liderlərinin Sülh Bəyannaməsini imzalamasını qeyd edərək, sülhün bərqərar olmasında Prezident Trampın şəxsi səylərinin mühüm rolunu vurğulayıb.
Tərəflər Vaşinqton Sülh Sammitinin Ermənistan və Azərbaycan arasında hər iki ölkənin xalqlarının hiss etdiyi real sülhə gətirib çıxarmasını məmnunluqla qeyd ediblər.
Telefon danışığı zamanı TRIPP layihəsinin həyata keçirilməsinin hazırkı vəziyyəti müzakirə olunub.
Baş nazir Paşinyan və Prezident Tramp yaxın gələcəkdə TRIPP layihəsi üzrə tikinti işlərinə başlamaq əzmində olduqlarını təsdiqləyiblər.
Həmçinin Ermənistan-ABŞ ikitərəfli gündəliyinin digər məsələləri və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aysel Əliyeva
Globalinfo.az