“ABŞ əvvəlki prezident Co Baydenin administrasiyası dövründə Ukraynaya fəal şəkildə hərbi yardım göstərdikdən sonra silah-sursat ehtiyatlarını yeniləməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bizə həmişə daha çox lazımdır. Qulaq asın, Baydenin adamları Ukraynaya nəhəng bir obyekt verdilər və özü də pulsuz! Milyardlarla, yüz milyardlarla dollar dəyərində”, – Ağ Ev rəhbəri bildirib.
Avqustun 4-də “Reuters” mənbələrə istinadən yazıb ki, Vaşinqton Tehranla münaqişə zamanı yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarını demək olar ki, tükədib.
Daha sonra “CNN” telekanalının jurnalistləri də oxşar açıqlama yayıblar. Materialda qeyd olunub ki, ABŞ Silahlı Qüvvələri İranla döyüşlərin başlamasından sonra THAAD kompleksləri üçün nəzərdə tutulan raketlərin təxminən 80 faizini, Patriot hava hücumundan müdafiə sistemləri üçün zenit raketlərinin isə təxminən 50 faizini istifadə edib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qiymətləndirməsinə görə, Yaxın Şərqdə eskalasiya başlamazdan əvvəl ABŞ-ın arsenalında təxminən 2 200 Patriot və 452 THAAD raketi olub.
Əliyar Xəlil
Globalinfo.az