Rusiyanı tərk edən müğənni Alla Puqaçovanın böyük xərclər fonunda yenidən xaricdə özəl konsertlər verməyə hazırlaşdığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “KP” nəşri sənətçinin yaxın çevrəsinə istinadən məlumat yayıb.
“Puqaçovanın pulu tükənmək üzrədir, o isə Rusiyada yaşadığı kimi dəbdəbəli həyat tərzini davam etdirmək istəyir”, – deyə mənbə bildirib.
Qeyd edilib ki, bu yaxınlarda ona 500 min dollar (təxminən 850 min manat) qonorar qarşılığında korporativ tədbirdə çıxış etmək təklif olunub.
Lakin səhhətindəki problemlərə görə müğənni hələlik səhnəyə qayıtmağa hazır olmadığını deyib.
İddialara əsasən, o, reabilitasiya dövrü başa çatdıqdan sonra bu təklifə yenidən baxacağını vəd edib.
Məlumata görə, sifarişçi Puqaçovanın varlı və yaxın tanışlarından biridir və təklif olunan qonorar müğənnini qane edib.
Onun sözlərinə görə, ifaçının yenidən səhnəyə çıxması istisna edilmir.
Əliyar Xəlil
Globalinfo.az