
“ABŞ Federal Təhqiqat Bürosu (FTB) 2017-ci ildə Prezident Donald Trampın Rusiya maraqları naminə hərəkət edib-etmədiyini araşdırmaq üçün istintaqa başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məxfilikdən çıxarılan xidməti sənədlərə istinadən məlumat yayıb.
Dərc olunan sənədlərdən birində qeyd edilir ki, istintaq çərçivəsində Trampın bilərəkdən və ya bilmədən Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərib-göstərmədiyi araşdırılıb:
“Sənəddə belə fəaliyyətin ABŞ federal cinayət qanunvericiliyinin pozulması və ya ölkənin milli təhlükəsizliyi üçün risk yaradıb-yaratmadığının yoxlanıldığı bildirilir.
Sənədlərə əsasən, FTB həmin dövrdə mövcud fakt və məlumatları nəzərə alaraq araşdırmanın başlanmasını ehtimal olunan milli təhlükəsizlik təhdidini qiymətləndirmək üçün ən uyğun və ən az müdaxilə xarakterli addım hesab edib”.
Qeyd edək ki, sözügedən istintaq ABŞ Prezidenti Donald Trampın həmin il FTB direktoru Ceyms Komini vəzifəsindən azad etməsindən sonra başladılıb.
Safura Bənnayeva
Globalinfo.az