ABŞ Prezidenti Donald Tramp sursat çatışmazlığı ilə bağlı iddialar fonunda ölkəsinin kifayət qədər böyük silah-sursat ehtiyatına malik olduğunu deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
“ABŞ-ın xüsusilə müəyyən növ sursatlar üzrə, çox böyük ehtiyatları var. Bundan əlavə, zərurət yarandıqda onlar böyük həcmdə istehsal olunur və ölkəyə çatdırılır”, – deyə Tramp qeyd edib.
O, həmçinin bu cür məlumat sızdıran şəxslərin uzunmüddətli həbs cəzası ilə üzləşə biləcəyini bildirib.
Bundan əvvəl “The Washington Post” məlumatlı mənbələrə istinadən yazmışdı ki, Tramp bu həftə Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında Pentaqonun rəhbəri Pit Heqsetdən raket ehtiyatlarının azalması ilə bağlı izahat tələb edib. Lakin daha sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt qəzetin dərc etdiyi məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az